• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

oniyada 31 illik fasilədən sonra balina ovu bərpa ol

Beynəlxalq Balinaovu Komissiyasından (BBK) ayrıldığını açıqlayan Yaponiya 31 illik fasilədən sonra ilk dəfə ticarət məqsədilə balina ovuna çıxacaq.  İlk ovu 1 iyunda Yaponiyanın qərbindəki Wakayama mərkəzli bir balıqçılıq kooperativi həyata keçirəcək.  Ovçular ölkənin şimalındakı Hokkaido və ya Aomoru əyalətlərindən hərəkətə başlayacaq. Dənizdə bir həftə boyunca balina ovlayacaq qrup, daha sonra bir donanma təşkil edərək iki aylıq ova çıxmağı planlaşdırırlar.  Xatırladaq ki, Yaponiya kommersiya məqsədilə balina ovunu 1988-ci ildə, BBK tərəfindən 1982-ci ildə tətbiq edilən moratoriuma əsasən dayandırıb. Bildirildiyinə görə, hazırda Yaponiya tərəfindən balinalar yalnız elmi məqsədlər üçün ovlanır. Son illər Yaponiya hökuməti dəfələrlə balinaların bəzi növlərinin sayının kifayət qədər artdığını bildirərək, onların ovlanmasının bərpa edilməsini təklif edib. Lakin həmin təklif bunun əleyhinə olan ölkələr tərəfindən rədd edilib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır