Yunanıstan “Marine Protector” sinfinə aid patrul gəmisi alacaq
Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Fransa istehsalı “Exocet” gəmi əleyhinə raketlərinin ən son variantını və ABŞ istehsalı olan “Marine Protector” sinfinə aid patrul gəmisi alacaq.
Ordu.az xəbər verir ki, Yunanıstan HDQ parlamentin “Xüsusi Silah Komitəsi”ndən razılıq aldıqdan sonra “Exocet” raketlərinin ən yeni versiyasının satın alınmasına davam edir.
Yunanıstanın “Kathimerini” qəzetinin yazdığına görə, sözügedən satınalma 33 milyon avroya 16 ədəd MM-40 “Block” 3C gəmi əleyhinə raketinin alınmasını nəzərdə tutur.
Yunanıstan Türkiyəyə qarşı müdafiə xərclərini artırmağa davam edir və o da bildirilib ki, Parlament komitəsi Müşahidə Gəmisi Komandanlığının köhnəlmiş gəmiləri əvəz etmək məqsədilə ABŞ Sahil Mühafizəsindən 3 “Marine Protector” patrul gəmisinin alınması üçün 15 milyon avro dəyərində proqramı təsdiqləyib.
Yunanıstanın ağır torpedo proqramı çərçivəsində “Type 214” sualtı qayıqları üçün ilk partiyanın bu yaxınlarda Afina yaxınlığındakı Salamis adasına gəldiyi bildirilir.