Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

nin yük gəmisi qəzaya uğrayıb, itkin düşənlər

Çinin yük gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb. Bu barədə “China Daily” qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Nanşa adaları ərazisində baş verib. Qəza nəticəsində gəmi heyətinin 3 üzvü itkin düşüb. Cənubi Quandun vilayətinin Dənizdə Təhlükəsizliyin Təmin Edilməsi İdarəsinin məlumatında bildirilir ki, daha 8 nəfəri xilas etmək mümkün olub. Hakimiyyət orqanları bundan ötrü əraziyə sahil mühafizəsinin 13 patrul katerini göndəriblər. Katerlər itmiş dənizçilərin axtarışını davam etdirir. Hadisənin başvermə səbəbi araşdırılır. Xilasetmə işlərinin aparıldığı ərazidə qatı duman olduğundan itkin düşənlərin axtarışı çətinləşib. Daha əvvəl Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 44 nəfər həyatını itirib. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır