ABŞ HDQ Konqresdən sualtı qayıq üçün 5,7 milyard dollar istəyir
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Konqresdən təcili olaraq sualtı qayıq üçün vəsait istəyir.
Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
Pulun böyük hissəsi 3 ədəd “Virginia” sinfinə məxsus sualtı qayıq üçün həyata keçiriləcək satınalmaları dəstəkləyəcək, digər hissəsi isə sektorun səmərəliyini artırmağa kömək edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, İdarəetmə və Büdcə Ofisi Konqresə HDQ-nin “Virginia” sinfinə məxsus sürətli hücum sualtı qayığı proqramındakı gözlənilməz “çatışmazlıqları” aradan qaldırmaq üçün təxminən 5,7 milyard dollarlıq təcili maliyyə tələbini təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır