

Yeni zavodda ildə 120 gəmi təmir ediləcək
Çində yeni gəmi təmiri zavodu açılıb.
“Seanews.az” xəbər verir ki, “Şanxay COSCO Shipping Heavy Industry” və “Jiangsu Watts Energy & Engineering” şirkətlərinin birgə müəssisi olan yeni zavod Şanxaydan təxminən 50 km şimalda Sidunda yerləşir.
Dörd hektar ərazidə salınmış zavod 1000 ton yük qaldıran portal kranlarla təchiz edilib. 150000 ton polad emal edəcək gəmi təmiri müəssisəsində ildə 120 gəmini sazlamaq mümkün olacaq.
“ABS” təsnifat cəmiyyətinin son hesabatına görə, dünyada hazırkı təmir zavodları 2027-ci ilə qədər tələbatı ödəyə biləcək və əlavə təmir mərkəzlərinə ehtiyac yaranacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır