

Amsterdam limanına gələn kruiz gəmilərinin sayı azaldılacaq
2028-ci ilə qədər Amsterdam limanına gələn çay kruiz gəmilərinin sayı iki dəfə azaldılacaq.
“Seanews.az” xəbər verir ki, bu tədbir şəhərin turizmlə həddindən artıq yüklənməsinə qarşı mübarizəsinin bir hissəsi olacaq və Amsterdam sakinlərinin həyat keyfiyyətini yaxşılaşdıracaq.
Qeyd edək ki, son on ildə Amsterdama üzən çay kruiz gəmilərinin sayı kəskin artıb: əgər 2011-ci ildə onların sayı 1327 idisə, 2023-cü ildə 2125 olub.
2028-ci ildə cəmi 1150 gəminin Amsterdama daxil olmasına icazə veriləcək.
Şəhər rəhbərliyi yeni qaydanın turistlərin sayını ildə 271 min azaldacağını hesablayıb. Bu o deməkdir ki, şəhərdə tıxaclar da azalacaq və küçələrdəki basırıqdan yerli sakinləri daha az əziyyət çəkəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır