

Çinin “Famsun Group” şirkəti Mahaçqala limanında taxıl terminalı tikmək istəyir
Çinin “Famsun Group” holdinqi Mahaçqala limanında ildə 1,5 milyon ton yükaşırma gücünə malik taxıl terminalı tikmək niyyətindədir.
“Seanews.az” xəbər verir ki, bu barədə Dağıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən bildirilib.
Müvafiq layihəni holdinqin vitse-prezidenti Çjan Ye və şirkətin Rusiyadakı nümayəndəliyinin rəhbəri Mixail Makeyev təqdim ediblər.
Taxıl terminalında eyni vaxtda saxlama həcminin 100 min tona qədər olacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, hazırda Mahaçqala limanı ildə 500 min tona qədər taxıl aşırmaq gücündədir.
Mahaçqala Dəniz Ticarət Limanı Rusiyanın Xəzər dənizində uzunluğu 150 metrədək və suya oturumu 4,5 metrədək olan gəmiləri qəbul edən yeganə donmayan dərin su limanıdır
Limanın yük dövriyyəsi 2023-cü ildə 5,3% artaraq 3 milyon ton təşkil edib.