Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

geri çəkilir, batmış qayıqlar üzə çı

Türkiyənin Edremit bölgəsində mövsümlə əlaqədar Van gölü təxminən 150-200 metrə qədər dayazlaşıb. “Seanews.az” xəbər verir ki, göldə suyun çəkilməsi nəticəsində uzun illər öncə batmış iki ədəd balıqçı qayığı üzə çıxıb. Qeyd edək ki, Van gölündə suyun səviyyəsi tez-tez artıb-azalır. Məsələn, XX əsrin 90-cı illərində göldə suyun səviyyəsi gözlənilmədən 2,6 metr artıb, geniş əkinçilik sahələrini basıb. 2000-ci ildə gölün suyu bir qədər çəkilib. İlk tədqiqatçılar Van gölünün sahilində terraslar olduğunu bildiriblər. Bu, gölün səviyyəsinin əvvəl indikindən 55 metr daha hündür olduğuna işarə edir. Sonrakı tədqiqatlar təsdiqlədi ki, son buzlaşmalarının ortalarında, təxminən 18 min il əvvəl, Van gölünün səviyyəsi hazırkından 72 metr daha yüksək olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır