

“Hapag-Lloyd” yük daşımalarını 11,9 milyon TEU-ya çatdırıb
2023-cü ildə “Hapag-Lloyd” qrupunun xəttləri ilə yük daşımaları 2022-ci illə müqayisədə 0,5% artaraq 11,9 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, son bir ildə qrupun nəqliyyat xərcləri 11% azalaraq 12,9 milyard dollar təşkil edib. Buna konteynerlərin boş dayanması və saxlanması xərclərinin azaldılması, habelə bunker yanacağının qiymətinin aşağı salınması hesabına nail olunub.
“Hapag-Lloyd”un illik hesabatına görə, qrupun 2023-cü il üçün EBITDA-sı 4,8 milyard dollar təşkil edib, EBIT əvvəlki illə müqayisədə azalaraq 2,7 milyard dollara, mənfəəti isə 3,2 milyard dollara düşüb.
Qeyd edək ki, “Hapag-Lloyd” transatlantik, Yaxın Şərq, Latın Amerikası və Şimali Amerika konteyner xidmətləri ilə yük daşıyan ən böyük gəmiçilik şirkətlərindən biridir.