Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

üç gündə İspaniya sahillərində 2 minə yaxın miqrant aşkar ed

Ötən üç gün ərzində İspaniya sahillərində 2 minə yaxın miqrant aşkar edilib. Bu barədə yerli Dənizdə Xilasetmə Xidməti məlumat yayıb. Təkcə bazar ertəsi Cəbəllütariq boğazında göyərtələrində 357 nəfərin olduğu 8 qayıq, Alboran dənizində içərilərində 303 nəfərin olduğu 6 qayıq və Kanar arxipelaqının Fuerteventura adası yaxınlığında göyərtəsində 31 nəfər olan bir qayıq aşkar edilib. Şənbə və bazar günlərində xilasedicilər İspaniya sahillərində – Cəbəllütariq boğazında və Alboran dənizində göyərtələrində 1181 nəfərin olduğu 30 qayıq aşkar ediblər. Beləliklə, son üç gün ərzində İspaniya sahillərində 1872 nəfər qeyri-leqal miqrant aşkar edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır