Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

n milli aviadaşıyıcısının 3-cü sınağına hazırla

Çin özünün ilk milli aviadaşıyıcısı “Type 001A” gəmisinin üçünücü sınağını tezliklə həyata keçirəcək. Bu barədə Çinin Dəniz Təhlükəsizlik İdarəsi məlumat yayıb. Məlumata görə, sınaq səfərləri Bohay boğazı və Sarı dənizin şimal hissəsində geniş bir ərazini əhatə edəcək. “Aviadaşıyıcının dəniz sınağının dəqiq vaxtı məxfidir. Lakin belə sınaqların aviadaşıyıcının ölçüsündən dolayı geniş qadağan olunmuş ərazilərə ehtiyacı var”, – deyə məlumatda qeyd edilib. Bu sınaqlarda gəminin yeni enerji və transmissiya sistemlərini, həmçinin maksimum sürət, minimum dönmə radiusu kimi parametrləri də sınaqdan keçirməsi gözlənilir. Xatırladaq ki, bu,  Çinin 1998-ci ildə Ukraynadan alaraq istifadə etdiyi “Liaoning” təyyarə daşıyan gəmisindən sonra sahib olacağı ikinci eyni tipli gəmidir. Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır