Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Manş boğazında 45 gəmi arasında “dava” olub – V

40 fransız gəmisi ilə 5 ingilis gəmisi arasında ov üstündə “dava” düşüb.  Balıqçılar idarə etdikləri gəmiləri bir-birlərinin üzərinə sürüblər. Hadisə La-Manş boğazında baş verib. “Seanews.az” xəbər verir ki, dəniz tısbağası ovlamaq üçün La-Manş dənizinə üz tutanlar ingilislər tərəfindən təzyiqlə qarşılanıblar. Fransız balıqçıları onların qarşısını almaq üçün gəmi döyüşünə çıxıblar. Nəticədə ingilis balıqçılarının gəmilərinə ciddi ziyan dəyib. İngiltərədən olan balıqçılar iddia ediblər ki, fransızlar onları mühasirəyə alaraq daş və metal alətlərlə hücum çəkiblər. Qayıqlara ziyan dəydikdən sonra ingilislər öz limanlarına qayıdıblar. Hadisədə ölən və yaralanan olmayıb. Qeyd edək ki, Fransa qanunlarına görə, dənizdə ov mövsümü oktyabrın 1-də açıq elan olunur. Ancaq ingilis balıqçılar ova avqustun 1-də başlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır