Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

imarka öz hərbi gəmisini Aralıq dənizi və Hind okeanı hövzəsinə göndərə

Danimarka hökuməti ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) gəmisini Aralıq dənizi və Hind okeanı hövzəsinə birgə əməliyyatların yerinə yetirilməsi üçün göndərəcək. Hökumət Fransa tərəfinin müraciətinə əsasən fransız bərəçilərinin müdafiəsi və gələn il birgə təlimlərin keçirilməsi məqsədi ilə krallığın hərbi-dəniz donanmasının gəmisini ayırmaq niyyətindədir. Danimarka XİN-in başçısı Anders Samuelsen deyib: “Fransa Danimarkanın yaxın müttəfiqlərindən biridir və biz tez-tez beynəlxalq əməliyyatlarda çiyin-çiyinə dayanırıq”. XİN rəhbəri qəbul olunan qərara aydınlıq gətirib: “Bu yolla hökumət Fransa tərəfinin Danimarka gəmisinin cəlb edilməsi barədə ölkəmizin müdafiəsi üçün də operativ faydası olan müraciətini müsbət dəyərləndirir, təhlükəsizlik və müdafiə sahəsində Fransa ilə aramızda olan möhkəm və etibarlı əməkdaşlığı vurğulayır”. Lakin Danimarka hökumətinin qərarı ölkə parlamentinin razılığı olmadan həyata keçə bilməz. Yerli KİV-lər qeyd edirlər ki, bu qərarın Danimarkanın Baş naziri Lars Lekke Rasmussenlə Fransa Prezidenti Emmanuel Makron arasında Kopenhagendə bu həftəyə planlaşdırılan görüşünə cəmi bir neçə gün qalmış qəbul edilməsi maraqlı faktdır. Qeyd edək ki, plana əsasən, Danimarka HDQ gəmisinin Aralıq dənizi və Hind okeanı hövzəsində yerləşdirilməsi 2019-cu ilin yazında təqribən 3-4 ay davam edəcək. Hərbi gəminin əsas vəzifəsi Fransa, ABŞ və Böyük Britaniya müdafiə qüvvələri ilə birgə təlimlərin keçirilməsidir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır