Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

tb dairəsi buzların əriməsi ilə ilk dəfə istifadə ol

Dünyanın ən böyük yükdaşıma şirkəti  “Maersk”  tarixdə ilk dəfə “Venta Maersk” konteyner gəmisi ilə qütb dairəsinə səfərə çıxıb.  “Seanews.az” xəbər verir ki, cümə günü Rusiyanın şərq sahilindəki Vladivastok limanından ayrılan gəmi əvvəlcə Cənubi Koreyadakı Busana gedəcək. “Venta Maersk”-in sentyabrın 1-də Berinq boğazından keçməsi, sonunda isə  Peterburqa çatması gözlənilir. Şimal dənizi marşrutunun Şərqi Asiya və Avropa arasındakı məsafəni azaltması ilə iki qitə arasındakı ticarəti sürətləndirə bilər. Bəzi mütəxəssislər bu yolun  Misirin Süveyş kanalına alternativ ola biləcəyini düşünürlər. Lakin “Maersk” şirkətinin mətbuat xidməti xəttin hazırda alternativə çevilmədiyini, hələlik ilin yalnız 3 ayında istifadəyə yararlı olduğunu bildirib. Qeyd edək ki, indiyə qədər gəmilər Şimal dənizdən yalnız nüvə enerjisiylə çalışan Rusiya gəmilərinin müşayiəti ilə keçə bilirdi.  “Venta Maersk” bu istiqamətdə səfərə çıxan  ilk konteyner gəmisi olsa da, digər gəmi növləri buradan əvvəl istifadə edib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır