• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

midən suya düşən qadın 10 saat açıq dənizdə qa

Böyük Britaniya sakini “Norwegian Star” kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb. Gəmi Varqalora limanından Venetsiyaya üzürmüş. Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar. 46 yaşlı Key Lonqstaff Xorvatiyanın Pula şəhər xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra qadın evə buraxılıb. Hazırda Xorvatiya hökuməti turist qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirir. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır