Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

iya “Donanma Günü”nü qeyd

Rusiya Donanması Sankt Peterburq sahillərində geniş miqyaslı hərbi parad təşkil edib. 20-ə qədər fərqli dövlətdən yüksək vəzifəli dövlət və hökumət nümayəndəsinin iştirak etdiyi parada 40-dan çox döyüş gəmisi qatılıb. Burada Rusiya donanmasındakı ən nəhəng gəmilərin 12 ədədi, həmçinin 50-dən çox qırıcı və çox sayda kiçik döyüş gəmiləri də təqdim edilib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu, dünya tarixinin ən nəhəng donanma hərbi təlimləri kimi tarixə düşüb. TASS agentliyinin məlumatına görə, parada Rusiya Donanması tarixində ilk dəfə bir robot qayıq da qatılıb. Robotlaşdırılmış heyətsiz yeni nəsil “Aleksandr Obuxov” qayığı mina əleyhinə gəmilərin sırasına qoşulub. Paradın açılış mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putin Hərbi Dəniz Donanmasının möhkəmlənməsi və inkişafına yönəldilmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib. “Hərbi Dəniz Qüvvələrinin yüksək döyüş hazırlığı və effektivliyi dövlətin döyüş qabiliyyətinin, ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasının əsas komponentidir. Hərbi dənizçi peşəsi Rusiyada həmişə iftixar mənbəyi, kişilik, cəsarət və fədakarlıq rəmzi olub”, – Putin bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır