Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

rmüz boğazının bağlanması neft qiymətlərini 200 dollaradək bahalaşdıra bi

Hörmüz boğazının tamamilə bağlanması neftin qiymətlərinin 200 dollaradək bahalaşmasına səbəb ola bilər. Bu barədə Fransanın məşhur Figaro qəzeti məqalə dərc edib. Qəzetin iddiasına görə, Boğaz bağlanarsa, “qara qızıl” görünməmiş halda bahalaşacaq. Qeyd edək ki,  Yaxın Şərq ölkələri istehsal etdikləri neftin təxminən 40 faizini tranzit olaraq bu boğaz vasitəsi ilə daşıyırlar.  Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqın xam neft ixracının əhəmiyyətli bir hissəsi də məhz bu boğaz vasitəsi ilə daşınır.  Strateji əhəmiyyəti olduqca böyük olan Hörmüz boğazı İran və Omanın nəzarətindədir.   Hasil olunan neft, gəmi nəqliyyatı vasitəsi  ilə xüsusilə Avropanın qərb ölkələrinə, Amerika Birləşmiş Ştatlarına və Çinə ixrac edilir. Bu səbəbdən də Hörmüz alternativi olmayan boğaz hesab olunur. Xatırladaq ki,  İran prezidenti Həsən Ruhani 17 iyulda İsveçrədə ölkədəki iranlılarla bir araya gəldiyi toplantıda  ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalar haqda danışarkən, buna cavab olaraq Hörmüz boğazını bağlayacaqlarını bəyan edib. “Amerikalılar İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Əgər siz (amerikalılar – red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutur – red.) və nə ilə nəticələnəcəyini görün”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır