Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

veyş kanalında beş gəmi toqqu

Misirin Süveyş kanalında üçü quru yük, ikisi konteyner gəmisi olmaqla beş gəmi toqquşub. “Seanews.az”-ın məlumatına görə, Honk-Konq bayraqlı “Aeneas” gəmisi kanaldan  keçərkən mühərrik probleminə görə saya oturub. Daha sonra “Aeneas” təqib edən Kıbrıs bayraqlı “Panamax Alexander”, Panama bayraqlı “Sakızaya kalon” ve Marşal adaları bayraqlı “Osios David” bir-biri ilə toqquşub. Qəzada zədələnən üç gəmi yedək gəmilərinin köməyi ilə çəkilərkən “Panamax Alexander” bu dəfə Panama bayraqlı “NYK Orpheus” ilə toqquşub.   Süveyş Kanalı idarəsinin rəis müavini Usame Rabi açıqlamasında qəza zamanı ölən və yaralananların olmadığını bildirib. Onun sözlərinə görə, hadisəyə səbəbindən kanalda dəniz nəqliyyatının hərəkətində də hər hansı ciddi problem yaranmayıb. Usame Rabi deyib ki, ziyan görən gəmilər qəzadan sonra İsmailiyyə kəndinin cənubundakı Acıgöl gözləmə nöqtəsinə çəkiliblər. Gəmilərdən yalnız  “NYK Orpheus” səfərinə davam edə bilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır