Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ABŞ Maliyyə Nazirliyi Uzaq Şərq Gəmiqayırma və Gəmi Təmiri Mərkəzini sanksiyalar siyahısına daxil edib

ABŞ Maliyyə Nazirliyi sanksiyalar məhdudiyyətlərinə məruz qalacaq Rusiya şirkətləri və vətəndaşlarının yeni siyahısını dərc edib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  bu dəfə Rusiya hərbi sənaye kompleksinin müəssisələri, o cümlədən gəmiqayırma və gəmi təmiri müəssisələri qadağalara məruz qalıb.

O cümlədən, “Uzaq Şərq Gəmiqayırma və Gəmi Təmiri Mərkəzi” ASC və onun səkkiz törəmə müəssisəsi siyahıya daxil edilib. Sub-sanksiyaya məruz qalan şirkətə “Lazurit Mərkəzi Dizayn Bürosu” ASC də daxildir.

ABŞ Dövlət Departamentinin sənədində Uzaq Şərq Gəmiqayırma və Gəmi Təmiri Mərkəzi “Rusiya silahlı qüvvələrinə dəstək verən gəmiqayırma və gəmi təmiri şirkəti” və “Rusiya Sakit Okean Donanmasının tikintisi və texniki xidməti ilə məşğul olan əsas təşkilatlardan biri” kimi təsvir edilir.

Uzaq Şərq Gəmiqayırma və Gəmi Təmiri Mərkəzi “Rusiyanın Arktika, Uzaq Şərq və Sakit okeanda hərbi və iqtisadi təsirini genişləndirmək cəhdlərində rol oynamaqda” ittiham olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır