Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Manzita limanı modernləşdiriləcək

Çinin Fuyuan şəhəri 2023-cü ildə Manzita limanının yükaşırma gücünü artırmağı planlaşdırır.

Fuyuan meri Fan Zitao bildirib ki, bu məqsədlə hakimiyyət Amurdakı çay limanını modernləşdirməyə hazırlaşır.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, pandemiyadan əvvəl Çin liman mərkəzindən cəmi 65 kilometr aralıda yerləşən Fuyuan və Xabarovsk sıx əməkdaşlıq edirdi. Lakin sərhədlərin bağlanması bəzi layihələrin dondurulması ilə nəticələndi. Çin hakimiyyəti bu vəziyyəti 2023-cü ildə düzəltmək niyyətindədir. Fuyuan şəhərinin Xalq Hökumətinin 2022-ci il üçün gördüyü işlər haqqında hesabatda qeyd edildiyi kimi, Çin tərəfi Amurdakı Manzita çay limanını yenidən qurmaq niyyətindədir. Layihə üfüqi yükləmə-boşaltma üsulu ilə xüsusi körpünün, habelə konteynerlər üçün ayrıca körpünün tikintisini nəzərdə tutur ki, sonradan həmin  konteynerlər Xabarovskda dəmiryol vaqonlarına yenidən yüklənəcək. Beləliklə, Çin Xabarovsk ilə yük dövriyyəsini artıracaq.

Su nəqliyyatı və konteyner terminalı təkmilləşdirilməklə Manzita limanının ötürmə qabiliyyətini 1,7 milyon tondan çox artırmaq mümkün olacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır