Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Pakistanın limanlarında 6000-ə yaxın konteyner ilişib

Pakistanın limanlarında taxıl məhsulları ilə dolu 6000-ə yaxın konteyner ilişib.

Buna dollar çatışmazlığı səbəb olub və gəmiçilik şirkətləri bu konteynerlərin çatdırılmasını gecikdirdiyinə görə idxalçılardan 48 milyon dollar cərimə alıb.

Bu barədə “Grain On-Line” agentliyi “Minute Mirror”-a istinadən xəbər verir. Həmin taxıl məhsulları bazara çıxarılmasa, Ramazan ayında növbəti tədarük böhranı yaşanacaq, paxlalı məhsulların qiymətində artım olacaq.

Kəraçi Topdan Satış Assosiasiyasının sədri Əbdül Rauf İbrahim keçirdiyi mətbuat konfransında konteynerlərin limanda uzun müddət qalması səbəbindən taxılın xarab olma ehtimalının olduğunu və zərərlərin artacağını bildirib.

O, həmçinin Pakistana idxal edilən paxlalı bitkilərin ümumi dəyərinin 1,5 milyard dollar olduğunu söyləyib və hökumətə milli maraqlar baxımından paxlalılar da daxil olmaqla bütün idxalı qadağan etməyi təklif edib. O, yüklərin Pakistana daxil olmasına icazə verilməsini və sonra ölkədən paxlalı məhsulların idxalına icazənin dayandırılmasını təklif edib.

Kəraçi Ticarət və Sənaye Palatasının vitse-prezidenti Haris Ağar kərə yağı və bitki yağı ilə yüklənmiş gəmilərin də valyuta çatışmazlığı səbəbindən limanlarda ilişib qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Pakistan Dövlət Bankı paxlalılara üstünlük verməsə və limanlarda ilişib qalmış mallar ölkəyə gətirilməsə, Sinddə bazar böhranı yaşanacaq.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır