Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Venesuelada ilişib qalan “Leros I” gəmisinin rus dənizçiləri yanvarda geri qayıda biləcəklər

2022-ci ilin avqust ayından Venesuela limanında olan “Leros I” teploxodunun rusiyalı dənizçilərinə dekabrın 27-nə olan təqribən 142 min dollar məbləğində bütün əmək haqqı borcları ödənilib.

 “Seanews.az”-ın məlumatına görə, pulun ödənilməməsi söhbəti hələ keçən ilin avqust ayında, dənizçilər Venesuelaya gəmiyə gələndə başlamışdı. Gəmi texniki baxımdan arzuolunan vəziyyətdə deyildi, üstəlik tezliklə dənizçilərə pul ödəməyi, sonra isə yemək və içməli su verməyi dayandırdılar. Əmək haqqı borcları üç aya qədər - oktyabrdan dekabra qədər artdı. Kapitan Venesueladakı Rusiya konsulu, şirkət və operatoru da daxil olmaqla, mümkün hər yerdən problemin həllində kömək istədi. Kapitan Albert Fəzliev sığorta şirkətinə və bayraq dövlətinin (Panama) administrasiyasına müraciət edəndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı.

Rusiya Xarici İşlər Nazirliyi 2022-ci il dekabrın sonunda bildirmişdi ki, Rusiyanın Venesueladakı səfirliyi limanda olan və maaş almaqda problem yaşayan 13 rusiyalı dənizçinin Panamaya məxsus “Leros I” gəmisinin heyət üzvlərinin geri qaytarılması və ərzaq təchizatı üzərində işləyir.

Ümid var ki, “Leros I” teploxodunun bütün dənizçiləri yanvar ayında evlərinə qayıdacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır