Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Frontline” qlobal tanker operatoru “Euronav” ilə birləşmədən imtina edir

"Frontline” şirkəti “Euronav” ilə birləşmə müqaviləsini ləğv edib və artıq bu şirkətlə birləşmə prosesi ilə məşğul olmur.

“Təəssüf edirik ki, birləşməni 2022-ci ilin iyulunda gözlənildiyi kimi başa çatdıra bilmədik, çünki bu, ən böyük tanker şirkətini yaradacaqdı. Eyni zamanda, hər iki şirkət müstəqil olaraq böyük neft tankerləri parkını idarə edir və bizim müvafiq son maliyyə hesabatlarımız sübut etdiyi kimi, artıq miqyaslı iqtisadiyyatdan faydalanır”, - deyə “Frontline”-ın baş direktoru Lars Barstad “SeaNews”-a bildirib.

Xatırladaq ki, “Frontline” və “Euronav” 2022-ci ilin yazında mümkün birləşmə haqqında saziş imzalamışdı. “Euronav” və “Frontline”-ın səhm mübadiləsi nisbəti müvafiq olaraq 1:1,45 olaraq qəbul edilmişdi. “Euronav” səhmdarları birləşmiş şirkətin səhmlərinin 59%-nə, “Frontline” - 41%-nə sahib olmalı idilər. Daha sonra şirkətlər bildiriblər ki, “sövdələşmənin başa çatması bir sıra şərtlərdən asılı olduğundan tərəflər arasında yekun qərarın əldə olunacağına zəmanət yoxdur”.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır