Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Ventspils limanının yük dövriyyəsi 32,5% artıb

2022-ci ilin yanvar-noyabr aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% artaraq 13,3 milyon tona çatıb.

“Seanews.az” liman administrasiyasının məlumatına istinadən bildirir ki, 5,95 milyon ton maye yük (+6%), 4,68 milyon ton toplu yük (artım 2,3 dəfə) və 2,64 milyon ton ümumi yük (+7,7%) işlənib.

On bir ayda limana 1264 gəmi yan alıb ki bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 16,5% çoxdur.

Venta çayının mənsəbinin yaxınlığında yerləşən  Ventspils limanı neft, neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, ağac və balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.

2021-ci ildə limanın yük dövriyyəsi 11 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır