Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dəhliz Triest limanı ilə Avstriyanın cənubundakı logistika mərkəzini birləşdirəcək

Avropada ilk gömrük dəhlizi İtaliyanın Triest limanı ilə Avstriyanın cənubundakı Furnits limanını birləşdirəcək.

”Seanews.az”  xəbər verir ki, dəhliz Triest limanında gömrük nəzarəti olmadan Şimali və Mərkəzi Avropaya çatdırılmaqla konteynerlərin birbaşa gəmilərdən dəmir yolu vaqonlarına yüklənməsinə imkan verəcək. Gömrük prosedurları qatar Avstriyanın cənubundakı logistika mərkəzinə çatdıqdan sonra həyata keçiriləcək.

Müvafiq çoxtərəfli saziş 2022-ci il dekabrın 1-də Vyanada imzalanıb. Bunun malların çatdırılma müddətini xeyli azaldacağı gözlənilir. Triest limanı əvvəlki kimi, təhlükəsizlik nəzarətini və bəzi məcburi yoxlamaları, xüsusən də sanitar nəzarəti həyata keçirməyə davam edəcək.

Triest və Monfalkon dəniz limanlarının prezidenti Zeno D'Aqostinonun sözlərinə görə, iki Avropa dövləti arasında ilk gömrük dəhlizi təkcə Triest və Avstriyaya deyil, ümumilikdə Avropanın cənubuna və mərkəzinə dəmir yolu idxalını və ixracını sürətləndirəcək.  Malların çatdırılma müddətinin azaldılması və Triest limanında bürokratik prosedurlarla bağlı xərclərin azaldılması sonda həm də dəniz limanının rəqabət qabiliyyətini artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır