

Neapol dəniz limanının yük dövriyyəsi 16 milyon 57 min tona çatıb
2022-ci ilin yanvar-oktyabr aylarında İtaliyanın Neapol dəniz limanının yük dövriyyəsi 16 milyon 57 min ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur.
“Seanews.az”ın məlumatına görə, maye yüklərin dövriyyəsi 14% artaraq 5 milyon 126 min tona, qalaq yüklərin aşırılması 15% artaraq 1 milyon 235 min tona çatıb. Taxılın aşırılması 9% azalaraq 250 min ton olub.
Hesabat dövründə Ro-Ro konteynerləri də daxil olmaqla 5 milyon 740 min ton konteyner yükü aşırılıb ki, bu da bir il əvvəlkindən 5% çoxdur. İşlənmiş konteynerlərin sayı 8% artaraq 583 000 TEU-ya çatıb. Ro-Ro konteynerləri istisna olmaqla, Ro-Ro yüklərinin aşırılması 2% artaraq 3 milyon 956 min ton təşkil edib.
2022-ci ilin 10 ayı ərzində limanın xidmətindən 6 milyon 10 min 128 sərnişin istifadə edib ki, bu da 2021-ci illə müqayisədə 59% çoxdur. Kruiz sərnişinlərinin sayı 4 dəfə artaraq 1 milyon 45 min 81 nəfərə çatıb.
Yanvar-oktyabr aylarında Neapol limanına 2781 gəmi yan alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çox deməkdir.