Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Konteyner bazarına yeni oyunçu daxil olur

Quru yükdaşıyan və tanker donanmasına sahib olan Kiprin gəmiçilik şirkəti “Castor Maritime” törəmə şirkətləri vasitəsilə iki fərqli qurumdan iki konteyner gəmisi satın alıb.

Bu barədə “Castor Maritime” şirkətinin ilin 9 aylıq üzrə maliyyə hesabatında bildirilir.

2,7 min TEU tutumlu konteyner gəmiləri 2005-ci ildə Almaniyada tikilib. Onların dəyəri 25,72 milyon və 25 milyon dollar qiymətləndirilir.

Sövdələşmənin şərtləri müstəqil direktorlardan ibarət xüsusi komitə tərəfindən müzakirə edilib.

Söhbət “Ariana A” və “Gabriela A” konteyner gəmilərindən gedir. Gəmilər 2022-ci ilin sonunda yeni sahibinə təhvil veriləcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır