Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“Color Line” şirkəti artan xərclər səbəbindən donanmasında gəmiləri azaldır

Norveçin "Color Line" bərə operatoru artan xərcləri və pisləşən iqtisadi mühiti, habelə gəmiçilik sənayesinə dövlətin dəstəyinin azaldığını əsas gətirərək donanmasında ixtisar etmək planlarını açıqlayıb.

“Seanews.az” “morvesti.ru/news”-ə istinadən xəbər verir ki, “Color Line”, noyabr ayında Sandeford-Stremstad və Oslo-Kil marşrutlarına xidmət edən donanmanda gəmilərin sayının azaldılması da daxil olmaqla, "bəzi əməliyyatlarını optimallaşdırmağı" planlaşdırdığını bildirib. Şirkət həmçinin 1985-ci ildə inşa edilmiş ümumi tutumu 19,7 min ton olan "Color Viking" yük-sərnişin bərəsini doğranmaq üçün istismardan çıxarmaq niyyətindədir. Norveç və İsveçi birləşdirən marşrutda  bir hibrid gəmi istismar ediləcək.

Şirkətin donanmasında hazırda Almaniyaya gedən marşrutda fəaliyyət göstərən yeganə ixtisaslaşdırılmış “Color Carrier” yük bərəsi də təkrar emal məqsədi ilə istismardan çıxarılacaq.

Şirkətdən bildiriblər ki, gəmi yanacaq və heyət xərclərinin kəskin artması, eləcə də Avropada iqtisadi və sənaye fəallığının azalması fonunda gəlir qazanmır.

1998-ci ildə inşa edilmiş dedveyti 8,9 min ton olan “Ro-Ro” gəmisi 2019-cu ildən Oslo-Kil marşrutunda işləyir.

İlin birinci yarısında daşınmaların həcmi 86,4 min yük vahidi təşkil edib ki, bu da ilin ilk iki ayında hələ də qüvvədə olan karantin məhdudiyyətləri səbəbindən bir il əvvəlkindən (89,3 min ədəd) bir qədər azdır.

Marşrutda avtomobil göyərtəsi olan üç sərnişin gəmisi, eləcə də iki yüksək sürətli “Ro/Pax” bərəsi fəaliyyətini davam etdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır