Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

qnoz: 2019-cu ildə neftin qiyməti 70-80 dollar/barel səviyyəsində ol

Avstriyanın OMV neft-qaz şirkəti təklifin azalması fonunda 2019-cu ildə neftin qiymətinin 70-80 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə şirkətin rəhbəri Rayner Zele TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, son illər istehsala çox az vəsait investisiya olunub və indi bazarda neft çatışmazlığı yaranacağı ilə bağlı təhlükə var. Eyni zamanda, R.Zele bu sahədə sərmayələrin əhəmiyyətli dərəcədə artacağını gözləmədiyini qeyd edib. Onun sözlərinə görə, hazırda bazarda investorların xüsusi diqqətini neft-kimya sektoru çəkir: “Bu neft məhsullarına tələbat uzunmüddətli perspektivdə azalacaq. Neft emalı zavodlarının daha çox istehsal edə və daha çox sata biləcəyi məhsullara keçəcəyi aydındır. İndi nəyə çox tələbat var? İlk növbədə kerosin – aviasiya yanacağına və məsələn, neft-kimya məhsullarına. Ona görə də əminəm ki, gələcəkdə məhz neft-kimya sahəsində fəal çalışmalı olacağıq”. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır