neftin qiyməti ilə bağlı yeni proqnozunu açıqla
ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) enerji resurslarının qiymətləri ilə bağlı yeni hesabatını açıqlayıb. Proqnozlara görə, Brent markalı neftin orta qiyməti 2018-ci ildə 71 dollar, 2019-cu ildə 66 dollar təşkil edəcək. WTI markalı neftin orta qiyməti isə 2018-ci ildə 66 dollara, 2019-cu ildə 61 dollara bərabər olacaq. Qurumun proqnozlarına görə, dünyada neftin hasilatı sutka ərzində 2018-ci ildə 0,2 milyon barrelə qədər, gələn il isə 0,6 milyon barrelə qədər artacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır