Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

tin qiyməti 2018-2019-cu illərdə aşağı ol

2018-2019-cu illərdə neftin qiyməti qeyri-OPEC ölkələrində istehsalın həcminin dəyişkənliyinin təsiri ilə aşağı olacaq. Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) “Global Gas Outlook” adlı hesabatında deyilir. GECF-ə görə, neftin qiyməti üzrə uzunmüddətli proqnozun formalaşmasına 4 əsas faktor təsir edə bilər. Geosiyasi gərginlik uzunmüddətli perspektivdə əsas təsiredici qüvvə olmayacaq, lakin bu qarşıdakı qısa müddət ərzində “qara qızıl”ın qiymətinin dəyişməsinə əhəmiyyətli təsir edəcək. Bundan başqa, ortamüddətli perspektivdə neft tələbatı artacaq, ancaq Şimali Amerikada şist nefti istehsalı bu tələbatı ödəyə bilməyəcək və uzunmüddətli perspektivdə OPEC yenidən əsas qüvvə olacaq. Həmçinin neftin istehsal xərci qiyməti müəyyən edən komponentdir. Uzunmüddətli perspektivdə yeni texnologiyanın inkişaf etdirilməsi istehsal xərclərinin azalmasına səbəb olacaq. Eləcə də nəqliyyat sektorunda neftə olan tələbatın azalması gözlənilir və 2035-ci ilədək avtomobillərin çoxu elektrik enerjisi ilə işləyəcək. “2018-ci 2019-cu illəri əhatə edən dövrdə neftin qiyməti qeyri-OPEC faktorların təsiri ilə aşağı olacaq. Bundan başqa, OPEC və Rusiya başda olmaqla kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması 2020-ci ilədək bazarda tarazlığın yaranmasına təsir edən əsas amil olacaq. Həmin vaxta kimi inkişaf etməkdə olan ölkələrdə neft tələbatındakı artımın ABŞ-da şist nefti hasilatını ötməsi və OPEC-in yenidən bazarda aparıcı qüvvə kimi öz statusunu bərpa etməsi gözlənilir”, – deyə hesabatda bildirilir. Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas – Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi – Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır