• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

“Fatih” yenidən Qara dəniz sularında kəşfiyyat-qazma işlərinə başlayıb

Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisi Qara dənizin Sakarya ərazisindəki karbohidrogen bölgəsində “Türkali-5” quyusunun qazıntısına başlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) şirkəti sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, “Fatih” Türkiyənin dənizdə ilk dərin kəşfiyyat-axtarış quyusunu “Tuna-1” yatağında qazandan sonra “Türkali-1” quyusunda 77 gün ərzində 3 min 920 metr dərinlikdə kəşfiyyat-qazma işləri aparıb. Bunun ardınca isə “Türkali” bölgəsində daha 3 quyu işlənilib.

Mütəxəssislər “Türkali-5” quyusunun yerləşdiyi rayonda zəngin qaz yatağının olduğunu ehtimal edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır