Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

AP-ın inşası planlaşdırılandan əvvəl başa çat

Trans-Anadolu qaz boru kəməri (TANAP) tikintisi planlaşdırılandan əvvəl başa çatacaq. Bu barədə Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir bildirib ki, boru kəmərinin Çanaqqala boğazından keçən hissəsi TANAP üçün xüsusi əhəmiyyət daşıyır: “İşlər istədiyimiz formada gedərsə TANAP-ın inşası planlaşdırılandan daha erkən tamamlanacaq”. “TANAP Türkiyə və Avropanın dünya enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır və bu, tarixi layihədir. TANAP layihəsinin 80 faizdən çoxu tamamlanıb. Gələn il TANAP-ın Türkiyə hissəsi, 2020-ci ilk rübündə isə “Trans-Adriatik” qaz boru kəmərinin istifadəyə verildikdən sonra Azərbaycan qazının Avropa bazarına çıxışının şahidi olacağıq”, – deyə B.Albayrak vurğulayıb. Qeyd edək ki, TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start verilib. Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb. TANAP-ın baş direktoru Saltuk Düzyol demişdi ki, avqustun əvvəlinə qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun davam edir. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti müəyyən olunub. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması artıq yekunlaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır