

Dayazsulu Abşeronda ilk quyunun bu il qazılması üçün müvafiq icazələr alınıb
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb. Sənədin müzakirəsi bitdikdən sonra bu ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınmış olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır