Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

"OPEC+" ölkələrinin növbəti görüşünün tarixi açıqlanıb

"OPEC+"ın (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) növbəti iclasının 1 iyun tarixində keçirilməsi planlaşdırılır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, növbəti görüşdə "OPEC+" ölkələri iyul-avqust ayları üçün razılaşmanın parametrlərini nəzərdən keçirəcək və ilin sonunadək müqavilənin taleyini müzakirə edəcəklər.

"Bazarın vəziyyətini nəzərdən keçirdik və bir ay əvvəl cari ilin may, iyun və iyul ayları üçün istehsal səviyyəsində verilmiş qərarları bir daha təsdiqlədik. Söhbət may və iyun aylarında "OPEC+" ölkələrinin gündəlik neft hasilatının 350 min barel, iyul ayında isə 440 min barel artıracağından gedir", - ötən gün keçirilən "OPEC+" ölkələrinin görüşünü şərh edərək A. Novak deyib.

Onun sözlərinə görə, bu qərar ona görə verilib ki, Hindistan və Latın Amerikası da daxil olmaqla bir sıra ölkədə koronavirus infeksiyasına yoluxanların sayı artıb və bu da neft bazarı üçün qeyri-müəyyənlik yaradır.

Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır və mart ayında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.

Qeyd edək ki, ötən ay "OPEC+" iştirakçıları razılaşmanı 113% yerinə yetirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır