Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

udiyyə Ərəbistanı Venesuela və Qazaxıstanla OPEC+ sazişinin müddətinin uzadılmasını müzakirə

Səudiyyə Ərəbistanı Venesuela və Qazaxıstanla Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını müzakirə edib. AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkənin energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Qazaxıstan və venesuelalı həmkarları ilə OPEC+ sazişinin müddətinin 2018-ci ilin birinci rübündən sonrakı dövrü də əhatə etməsini nəzərdən keçirib. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib ki, ölkəsi avqustda saziş üzrə öhdəliyini tam yerinə yetirib. Oxşar hasilat səviyyəsi sentyabr ayı üçün də nəzərdə tutulur. Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino isə bildirib ki, qlobal neft ehtiyatları yüksək olaraq qalır. Liviya və Nigeriya edilən güzəştlərə baxmayaraq istehsalda artım var. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır