• Bakı, 2021-01-16,
Seanews
Heyder Eliyev

class="content-title">“Brent” neftinin qiyməti son 12 həftənin maksimumuna yüksəlib

Londonun ICE birjasında “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 12 həftənin maksimumuna çatıb.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti COVID-19-a qarşı peyvəndlə bağlı nikbin gözləntilər fonunda sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.

Hazırda “Brent” neftinin bir barreli London birjasında 45,70 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,02 dollara satılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır