Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

BP: TAP kəməri 25 il ərzində Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstana qaz təchiz etməyə imkan verəcək

BP şirkəti Azərbaycanın və digər aidiyyəti hökumətlərin,  Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya qaz nəqli komponentlərinin  birləşdirilməsi üçün uzun müddətli səylərinin uğurla başa çatması haqqında Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumunun açıqlamasını alqışlayır.

Bu barədə BP-nin açıqlamasında deyilir.

"TAP-ın və bu ilin noyabr ayında "Snam Rete Gas" tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətində təbii qaz təchizatına planlaşdırıldığı kimi, 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın. SOCAR-la birlikdə biz təxminən 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq. Bu yeni qaz nəqli sistemi Azərbaycana imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə  Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin", - məlumatda deyilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır