Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bibiheybətneft” NQÇİ-də SAP UOM sisteminin tətbiqinə başlanı

“Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə SAP ERP sisteminin Hasilatın İdarəolunması Modulunun (SAP UOM) tətbiqi və 2018-ci il üzrə NQÇİ-nin iş proqramının ilkin variantının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib. SOCAR-dan  bildiriblər ki, tədbirdə SOCAR-ın baş ofisinin, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin, “Azneft” İB-nin, eyni zamanda, NQÇİ-nin rəhbər nümayəndələri iştirak ediblər. Yığıncaqda qeyd olunub ki, SAP UOM modulunun “Azneft” İB-nin neft-qazçıxarma idarələrində tətbiqi hasilatın uçotunun təkmilləşdirilməsinə və hesabatların dəqiq aparılmasına, eləcə də quyular üzrə operativ uçotun və nəzarətin təşkil edilməsinə böyük imkanlar yaradır. Tədbirdə modulun “Bibiheybətneft” NQÇİ-də tətbiq olunması nəticəsində əldə edilən effektivlik, proqramın funksionallığı və onun gələcəkdə təkmilləşdirilməsi üzrə görüləcək işlər nəzərə alınıb, SOCAR-ın müştərək müəssisələrində də istifadə imkanları barədə müzakirələr aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır