Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir ed

Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu günlərdə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. Özülün 1 619 kv. metrlik hissəsi əsaslı təmir edilib, 2 350 kv. metr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılıb, elektrik quraşdırma işləri yerinə yetirilib. 40 ədəd möhkəmləndirici svay vurulub, 9 ədəd müxtəlif ölçülü metal lövhə, 46 ədəd suüstü əlaqə xətti, 1 ədəd piyada körpüsü, 2 yanalma və 2 minik meydançası, eləcə də dalma nasosları üçün 3 ədəd şaxta, 1 ədəd xidmət meydançası, lafet lüləsi üçün 2 ədəd dor quraşdırılıb. Özülün perimetri boyu 201 metr uzunluğunda məhəccər çəpərləri təmir olunub. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.  Qeyd edək ki, özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır