Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

üçün borular gəmi ilə Durres limanına çatdırı

Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyanın quru hissəsinin inşasında istifadə üçün nəzərdə tutulan polad boruların sonuncu partiyası Durres limanında boşaldılıb. TAP konsorsiumundan verilən xəbərə görə, “MV Galene M” yük gəmisindən boşaldılan sonuncu boruların sayı 726 ədəd olub. Bu, Almaniyada istehsal olunan boruların 15-ci partiyasıdır. 2016-cı ilin aprel ayından Durres limanına ümumi çəkisi 200 min tondan çox olan təxminən 13 min ədəd boru, əymə, müxtəlif avadanlıq və maşınlar çatdırılıb. TAP-ın Albaniya üzrə layihə meneceri Karl Roberts bildirib ki, borular və əymələrin boşaldılması hərbi həssaslıqla həyata keçirilən əməliyyat idi. “İndiyədək icra olunan bütün əməliyyatlar qəzasız başa çatıb. Bütün proses TAP layihəsinin qrafiki çərçivəsində və yüksək təhlükəsizlik standartlarına uyğun həyata keçirilib. Albaniyaya sonuncu boruların çatdırılması boru kəmərinin tamamlanması istiqamətində növbəti mühüm addımdır”, – deyə TAP rəsmisi qeyd edib. Qeyd edək ki, Albaniyanın quru hissəsində TAP-ın uzunluğu 215 km təşkil edir. Boru kəmərinin Albaniya hissəsinin inşasında 18 m və 12 m uzunluğunda təxminən 13 min borudan istifadə olunur. Boruların diametri isə 1,2 metrdir. Albaniyada 800-dən çox əymədən istifadə olunacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır