Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Ekol Mühəndislik Xidmətləri” QSC-nin işçilərinə sertifikatlar təqdim ol

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində çalışan işçilərə sertifikatlar təqdim olunub. Müəssisədən AZƏRTAC-a bildirilib ki, Tullantı Mərkəzində “Vacu Dry qurğularının istismar edilməsi” beynəlxalq standartı üzrə maarifləndirmə təlimləri keçirilib. Təlimlərin keçirilməsində əsas məqsəd “Vacu Dry” qurğularının bütün modulları, eləcə də onların düzgün və səlis idarə olunması, baş verə biləcək problemlərin səbəbləri və onların aradan qaldırılması olub. Təlim kursunda iştirak edən işçilərə sertifikatların verilməsi məqsədilə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən test imtahanı təşkil olunub və iştirakçılar imtahanı uğurla veriblər. Təlim proqramının yekunu olaraq yüksək nəticə əldə etmiş 12 nəfər rəhbər və mühəndis heyət sertifikatlarla təltif olunublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır