Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Yaxın müddətdə “Abşeron” yatağının birinci fazanın işlənməsi üzrə ilk məhsulun çıxarılması planlaşdırılır

COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd edək ki, Fransanın “Total” şirkəti Azərbaycanda SOCAR-la birgə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum - JOCAP) tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır