BP bu ilin sonunda "Şəfəq-Asiman"da ilk geoloji kəşfiyyat quyusunun qazmasına başlayacaq
BP şirkəti bu ilin sonunda Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv blokunda ilk geoloji kəşfiyyat quyusunun qazmasına start verməyi planlaşdırır. Bu barədə jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.
Onun sözlərinə görə, şirkət Heydər Əliyev adına qazma qurğusunun ona təhvil verilməsini gözləyir. Hazırda bu qazma qurğusu “Total” şirkəti tərəfindən "Abşeron" yatağında ilk istismar quyusunun qazılmasında istifadə edilir.
Q. Consun sözlərinə görə, BP güman edir ki, "Şəfəq-Asiman" kontrakt sahəsi böyük bir potensiala malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır