Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

AR Kiyev və Odessada üzən YDM a

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti naviqasiya mövsümünün başlaması ilə əlaqədar kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün iki üzən yanacaqdoldurma məntəqəsini işə salıb. Bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib. Yanacaqdoldurma məntəqələrinin biri paytaxt Kiyevdə Muromets parkının ərazisində, digəri isə Odessada Sovinyon yaxta-klubunun ərazisində yerləşir. SOCAR-ın üzən yanacaqdoldurma məntəqələrində digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır. Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır