Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Satti” özüqalxan üzən qazma qurğusu yayda Azərbaycanda çatıdırl

“Kazmortransflot” (Qazaxstan) Milli Dəniz Gəmiçiliyi şirkəti “Satti” üzən qazma qurğusunun Azərbaycana çatdırılması üçün hazırlıq işlərini aparır. Şirkətin baş direktoru Marat Ormanov bildirib ki, çatdırılma iyunun 1-nə planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” şirkətləri arasında imzalanmış memoranduma əsasən, Qazaxıstan şirkəti “Satti” özüqalxan üzən qazma qurğusunun “Caspian Drilling Company LTD.” MMC-nin tərsanəsinə çatdırılmasına məsuliyyət daşıyır. Qazma qurğusunun çəkilməsi üzrə operator “Kazmortransflot” şirkəti təyin edilib. Qeyd edək ki, “Satti” qurğusunun təkmilləşdirilməsi “Caspian Drilling Company LTD.” şirkəti tərəfindən Bakıda elə ona məxsus “CDC Dəniz Təchizat və Logistika Bazası”nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD.” qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək. Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır