Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

AR Bakı Neft Emalı Zavodunun ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdırır. Bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. Onun sözlərinə görə, BNEZ-in modernləşdirilməsi çərçivəsində ildə 7,5 milyon tonadək neft emalı gücündə qurğunu keçmiş “Azneftyağ” zavodunun ərazisindən BNEZ-ə köçürmək planlaşdırılırdı:  “Tədqiqatlar göstərdi ki, həmin qurğunu rekonstruksiya etmək səmərəli deyil və yeni qurğu tikmək daha məqsədəuyğundur. BNEZ ərazisindəki mövcud ilkin neft emalı qurğusunun rekonstruksiyası 200 milyon dollardan çox vəsaitə başa gələcək, ona əlavə qurğunun tikintisi üçün isə daha 130 milyon dollar tələb olunacaq”. T.Qəhrəmanov əlavə edib ki, yeni qurğunun tikintisi 3,5 il çəkə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır