Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

rbaycan yanvarda neft hasilatını ötənilki səviyyədə saxla

Azərbaycanda 2019-cu ilin yanvar ayı üzrə sutkalıq neft hasilatı 2018-ci ilin dekabr ayında qeydə alınmış 790 min barrelə qarşı 793 min barrel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. “Azərbaycanda yanvar ayı üzrə sutkalıq neft hasilatı 793 min barrel təşkil edib ki, bunun 720 min barreli xam neft, 73 min barreli kondensat olub. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat ixrac edilib”, – deyə məlumatda qeyd olunur. Qeyd edək ki, ötən il Azərbaycanın neft hasilatı sutkada orta hesabla 792,6 min barrel olub. Energetika Nazirliyindən bildirilib ki, bu ilin yanvar ayında gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi yanvarda ölkə üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına göndərib. 2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində Azərbaycan cari ildən etibarən gündəlik hasilatı 20 min barrel – 776 min barrelədək azaltmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır