Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

dər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsinin ilk mərhələsi tamamla

Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlanıb. Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq.  Maye qazdoldurma stansiyasından il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qaz (LPG) avtosistern, dəmir yolu ilə 178 min ton butan-butilen fraksiyası isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə nəql ediləcək. Qeyd edək ki, bu gün zavodda aparılan yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilmiş yeni Bitum qurğusu və maye qazdoldurma məntəqəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Modernizasiya layihəsinin bu gün başa çatan birinci mərhələsi üç əsas hissədən ibarətdir: yeni bitum qurğusunun, maye qazdoldurma stansiyasının istismara verilməsi və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanması.  Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi üçün 150 min kubmetrə yaxın torpaq, 650 tondan çox metal-konstruksiya, 530 tondan çox boru istifadə olunub. Maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə yükləmə qolundan və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa veriləcək. Sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan 13 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernizasiyanın ümumi gedişatı üçün olduqca mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti quraşdırma üçün hazırlanması da artıq öz həllini tapıb. Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur. Xatırladaq ki, 2016-cı ildə Avstriyanın “Poerner” şirkəti ilə yeni Bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb. 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən qurğunun inşasına başlanıb, tikinti işlərinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu layihə qrafikə uyğun başa çatdırılıb. Heydər Əliyev adına NEZ-da yenidənqurma işləri 3 mərhələdə həyata keçirilir. Yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğularının, maye qazdoldurma məntəqəsinin tikilib istismara verilməsi, sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerinin inşaat işləri üçün hazırlanması ilə yenidənqurma layihəsinin birinci mərhələsi tamamlanıb. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur. Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 mln. tona çatdırmaqla, “Azərikimya” İB-nin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır