Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Türk axını” boru kəmərinin dəniz hissəsinin inşası tamamla

“Türk axını” boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin inşası tamamlanıb. Bu gün bununla bağlı İstanbulda keçiriləcək mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə yanaşı bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq. Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. 2019-cu ilin sonunda qazın Rusiyadan Türkiyəyə nəqli gözlənilir. Qeyd edək ki, boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır. Həmin xəttin Yunanıstan və ya Bolqarıstandan keçməsi nəzərdə tutulur. Bununla bağlı hazırda danışıqlar aparılır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır